şənbə 3 oktyabr 2026 - 23:27
Ayətullah Ərafi xeymələrdə xidmət edənlərə təşəkkür edib

Hövzə | Ayətullah Ərafi xeymələrdə xidmət edənlərə təşəkkürünü ifadə etdiyi müraciətində bildirib: Hazırkı həssas şəraitdə «qabaqcıl və nümunəvi hövzə»nin xalq və gənclərlə çiyin-çiyinə dayanaraq oynadığı rol olduqca ağır və strateji əhəmiyyət daşıyır və onların vəzifəsi insanların fikir və maarifləndirici tələbatlarına cavab verməkdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi müraciətində Höccətül-İslam vəl-müslimin Məhəmmədhəsən Cəmşidiyə, eləcə də bütün xeymələrin məsul şəxslərinə və xidmətçilərinə xeymələrin təşkili, burada müxtəlif təşəbbüslərin həyata keçirilməsi, proqramların hazırlanması və müxtəlif fəaliyyətlərin reallaşdırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkürünü bildirib.

Müraciətdə ölkədəki mövcud şəraitdə, dini təhsil alan tələbələrin roluna toxunularaq bildirilir:

Hazırkı həssas şəraitdə «qabaqcıl və nümunəvi hövzə»nin, eləcə də gənc tələbə və müəllimlərin xalq və gənclərlə çiyin-çiyinə dayanaraq üzərinə düşən rolu olduqca ağır və strateji əhəmiyyət daşıyır. Onların vəzifəsi yeni dövrün fikir, dünyagörüşü, emosional və mənəvi tələbatlarına mövcud dəyişikliklərə uyğun şəkildə cavab vermək, hazırkı qeyri-bərabər və mürəkkəb müharibədə rəhbərlik etmək və fəal rol oynamaq, məsələləri düzgün şəkildə izah etmək və doğru narrativlər formalaşdırmaq, ruh yüksəkliyi yaratmaq və maarifləndirmək, birlik və həmrəylik yaratmaq, insanlara maarifləndirici biliklər vermək və bəsirəti artırmaq, elmi, praktiki və təbliğat cihadı aparmaqdır. Xalqın, gənclərin və elmi hövzələrin hazırkı potensialına ümid bəsləmək lazımdır.

Ayətullah Ərafinin müraciətinin tam mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Hörmətli Höccətül-İslam vəl-müslimin cənab Məhəmmədhəsən Cəmşidi və bütün xeymələrin məsul şəxs və xidmətçiləri!

Uca Allahdan sizin hər biriniz üçün müvəffəqiyyətlər arzulayıram.

Hövzə adından sizə və bütün xeymədə fəaliyyət göstərən şəxslərə, xüsusilə də Qum şəhərində və həzrət Seyyidüş-Şühəda (ə) məktəbinin «İstiğasə» xeyməsində xidmət göstərənlərə səmimi təşəkkür və minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Həmin xeymələrin təşəbbüs, proqram və fəaliyyətlərini, eləcə də orada xidmət göstərən əziz fəal və gənclərin səylərini yüksək qiymətləndirir, onlara təşəkkürümü bildirirəm.

Həqiqət budur ki, Ramazan ayında baş vermiş müharibə ilə İslam, İran və İslam İnqilabının tarixində yeni bir səhifə açıldı və İslam İnqilabının qlobal və sivilizasion ideallarına doğru, İslam İnqilabının inkişaf prosesində və İmam Xomeyni (r) dövründə yeni bir inkişaf mərhələsi başlandı. İslam və İranın, müqavimət cəbhəsinin şəhidlərinin, xüsusilə də şəhid Ayətullah Seyid Əli Xameneinin (r) qanında doğan dalğaların sayəsi ilə xalqın və gənclərin misilsiz bir oyanışı meydana gəldi. Silahlı qüvvələrin və müqavimət cəbhəsinin göstərdiyi şücaət, igidlik və böyük fəaliyyət, eləcə də cihad ruhlu məsul şəxslərin səyləri ilə yeni bir dövr başlandı və bir çox regional və dünya hesablamaları dəyişdi. Allahın lütfü və İran xalqının, müqavimət cəbhəsinin və İslam ümmətinin yüksək səyləri, Ayətullah Seyid Müctəba Xameneinin rəhbərliyi, böyük mərcələrin müdrikliyi, silahlı qüvvələrin cihadı ilə bu sürətli hərəkat öz yolunda irəliləyəcək və bu ilahi tufan qəzəbli və amansız düşmənlərin, amerikalı-sionist düşmənin və onların əlaltılarının varlığını alt-üst edəcəkdir.

Bu arada, «qabaqcıl və nümunəvi hövzə»nin, eləcə də gənc tələbə və müəllimlərin xalq və gənclərlə çiyin-çiyinə dayanaraq üzərinə düşən rolu olduqca ağır və strateji əhəmiyyət daşıyır. Onların vəzifəsi yeni dövrün fikir, dünyagörüş, emosional və mənəvi tələbatlarına mövcud dəyişikliklərə uyğun şəkildə cavab vermək, hazırkı qeyri-bərabər və mürəkkəb müharibədə rəhbərlik etmək, həmçinin fəal rol oynamaq, məsələləri düzgün şəkildə izah etmək və doğru narrativlər formalaşdırmaq, ruh yüksəkliyi yaratmaq, eləcə də maarifləndirmək, birlik və həmrəylik yaratmaq, insanlara maarifləndirici biliklər vermək, bəsirəti artırmaq, elmi, praktiki və təbliğat cihad aparmaqdır. Xalqın, gənclərin və elmi hövzələrin hazırkı potensialına ümid bəsləmək lazımdır.

Xahiş edirəm, mənim dərin ehtiram və səmimi salamlarımı, həmçinin ən xoş arzularımı dostlara çatdırasınız.

Göstərdiyiniz yüksək diqqətə, səmimi münasibətə və dəyərli dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Elmi Hövzələrin rektoru

Ayətullah Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha